Kişi şahmatçılarımız Polşanı da üstələdi
11 noyabr 2013 00:23
Polşa paytaxtı Varşavada komandalararası Avropa çempionatında 3-cü tur oynanılıb. Azerisport.az xəbər verir ki, kişi şahmatçılarımız polşalı həmkarları ilə görüşüblər.
Millimizin kapitanı bu matçda Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovu eyni zamanda döyüşə atıb. Dəyişiklik bəhrəsini verib və qrossmeysterlərimiz növbəti qələbələrini qazanıblar. Komandamızın hesabında 5 xal var.
Qadınlardan ibarət seçməmiz İspaniya kollektivi ilə qarşılaşıb. Millimiz 1:3 hesabı ilə uduzub. Yığmamız 2 xala malikdi.
3-cü tur:
AZƏRBAYCAN - POLŞA - 2,5:1,5
Şəhriyar Məmmədyarov - Bartoş Soçko 1:0
Teymur Rəcəbov - Dariuş Sverç 1:0
Rauf Məmmədov - Mateuş Bartel 0:1
Qədir Hüseynov - Kamil Miton 0,5:0,5
AZƏRBAYCAN - İSPANİYA - 1:3
Gülnar Məmmədova - Olqa Aleksandrova 0:1
Zeynəb Məmmədyarova - Sabrina Veqa Quttieres 0:1
Xəyalə Abdulla - Anna Matnadze 0,5:0,5
Türkan Məmmədyarova - Yudaniya Ernandes 0,5:0,5