Bu dəfə qadın şahmatçılarımız fərqləndilər
12 noyabr 2013 00:57
Polşa paytaxtı Varşavada komandalararası Avropa çempionatında 4-cü tur oynanılıb. Azerisport.az xəbər verir ki, dünən kişi şahmatçılarımız macarıstanlı həmkarları ilə görüşüblər.
Millimizin kapitanı bu matçda da Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovu eyni zamanda döyüşə atıb. Gəçrgin mübarizədə qrossmeysterlərimiz rəqibin müqavimətini qıra bilməyiblər. Komandamızın hesabında 6 xal var.
Qadınlardan ibarət seçməmiz Xorvatiya kollektivi ilə qarşılaşıb. Millimiz 3:1 hesabı ilə qalib gəlib. Yığmamız 4 xala malikdi.
4-cü tur:
AZƏRBAYCAN - MACARISTAN - 2:2
Şəhriyar Məmmədyarov - Viktor Grdoş 0,5:0,5
Teymur Rəcəbov - Çaba Baloq 0,5:0,5
Eltac Səfərli - Zoltan Almaşi 0,5:0,5
Rauf Məmmədov - Tamaş Banuş 0,5:0,5
AZƏRBAYCAN - XORVATİYA 3:1
Gülnar Məmmədova - Borka Fransiskoviç 0,5:0,5
Zeynəb Məmmədyarova - Maara Celika 1:0
Türkan Məmmədyarova - Kristina Sariç 1:0
Nərgiz Umudova - İvona Purqar 0,5:0,5