Hər 2 komandamız sevindi
13 noyabr 2013 00:49
Polşanın paytaxtı Varşavada komandalararası Avropa çempionatında 5-cü turun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, macarıstanlı həmkarları ilə xal itirən kişi şahmatçılarımız, dünən sevinə biliblər.
Millimizə qələbəni Qədir Hüsenovun gətirib. O, heyətdə qalib gələn yeganə qrossmeysterlər olub. Komandamızın hesabında 8 xal var.
Qadınlardan ibarət seçməmiz Fransa kollektivi ilə qarşılaşıb. Millimiz 3:1 hesabı ilə qalib gəlib. Yığmamız 6 xala malikdi.
5-ci tur:
AZƏRBAYCAN - ÇEX RESPUBLİKASI - 2,5:1,5
Şəhriyar Məmmədyarov - David Navara 0,5:0,5
Teymur Rəcəbov - Viktor Lazniçka 0,5:0,5
Eltac Səfərli - Vlastimil Babula 0,5:0,5
Qədir Hüseynov - İrji Stoçek 1:0
AZƏRBAYCAN - FRANSA 2,5:1,5
Gülnar Məmmədova - Mari Sebaq 0:1
Zeynəb Məmmədyarova - Sofii Mille 0,5:0,5
Xəyalə Abdulla - Silviya Kolas 1:0
Türkan Məmmədyarova - Nataşa Benmesbax 1:0