Kişi şahmatçılarımız medal şansını saxlayır
15 noyabr 2013 00:01
Polşanın paytaxtı Varşavada keçirilən komandalararası Avropa çempionatında bir günlük fasilədən sonra, mübarizə bərpa olunub. Azerisport.az xəbər verir ki, 6-cı turda kişi şahmatçılarımız gürcüstanlı həmkarları ilə görüşüblər.
Hər 2 kollektivin eyni xalı olduğundan, bu matç prinsipal əhəmiyyət daşıyıb. Gərgin mübarizədə daha yaxşı çıxış edən qrossmeysterlərimiz rəqibi üstəlyiblər. Komandamızın hesabında 10 xal var və ilk sıralarda yerini möhkəmləndirib.
Qadınlardan ibarət seçməmiz Litva millisi ilə üz-üzə gəlib. Bu qarşılaşmadan qarşı tərəf qalib ayrılıb. Yığmamız 6 xala malikdi.
6-cı tur:
AZƏRBAYCAN - GÜRCÜSTAN - 3:1
Şəhriyar Məmmədyarov - Bahadır Cobava 1:0
Teymur Rəcəbov - Mixail Mçedlişvili 0,5:0,5
Eltac Səfərli - Levan Pançulaya 0,5:0,5
Rauf Məmmədov - Qayoz Niqalidze 1:0
AZƏRBAYCAN - LİTVA - 1,5:2,5
Zeynəb Məmmədyarova - Viktoriya Çmilite 0:1
Xəyalə Abdulla - Deimante Daulite 0,5:0,5
Türkan Məmmədyarova - Salomeya Zaksaite 0:1
Nərgiz Umudova - Dominika Batkovskite 1:0