Kişi şahmatçılarımız qələbəni əldən verdi
15 noyabr 2013 23:25
Polşanın paytaxtı Varşavada keçirilən komandalararası Avropa çempionatı finişə yaxınlaşır. Azerisport.az xəbər verir ki, 7-ci turda kişi şahmatçılarımız yarışın lideri Fransa yığması ilə qarşılaşıb.
Vacib matçda hesabı ilə olaraq millimiz açıb. Rauf Məmmədov fərqlənib. Təssüf ki, qrossmeysterlərimiz təşəbbüsü sonadək qoruya bilməyiblər. Şəhriyar Məmmədyarov üstün durumda heç-heçə edib. Normal vəziyyətdə olan Qədir Hüseynovun gözlənilməz məğlubiyyəti, sonda ümumi hesabda tarazlıq yaradıb.
Komandamızın hesabında 11 xal var və 2-ci sırada yerini qoruyur.
Qadınlardan ibarət seçməmiz hollandiyalı həmkarları ilə üz-üzə gəliblər. Bu qarşılaşmadan qarşı tərəf qalib ayrılıb. Yığmamız 6 xala malikdi.
7-ci tur:
AZƏRBAYCAN - FRANSA - 2:2
Şəhriyar Məmmədyarov - Etyen Bakro 0,5:0,5
Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav 0,5:0,5
Rauf Məmmədov - Romeyn Eduard 1:0
Qədir Hüseynov - Vladislav Tkaçev 0:1
AZƏRBAYCAN - NİDERLAND - 1,5:2,5
Gülnar Məmmədova - Jaoqin Penq 0,5:0,5
Zeynəb Məmmədyarova - Tea Lançava 1:0
Xəyalə Abdulla - Anna Xaast 0:1
Nərgiz Umudova - Arlet Van Versel 0:1