Ermənistan Azərbaycanı lider edib, komandamıza rəqib oldu
17 noyabr 2013 00:17

Polşanın paytaxtı Varşavada keçirilən komandalararası Avropa çempionatının bitməsinə 1 tur qalıb. Azerisport.az xəbər verir ki, 8-ci partiyada Yunanıstan millisini üstələyən kişi şahmatçılarımız 13 xalla yarış cədvəlində Fransa yığması ilə 1-2-ci yerləri bölüşdürür.
Son tura qədər firənglər vahid lider idilər. Hesabat turunda Ermənistan komandası ilə heç-heçə oynayan Fransa seçməsi (2:2) şəksiz üstünlüyünü itirib.
Qeyd edək ki, turnirin son turunda Azərbaycan yığması Ermənistanla qarşılacaq.