Rauf Məmmədov: Daha bir qələbə qırmızı hərflərlə yazıldı
18 noyabr 2013 01:10
Azərbaycanlı şahmatçı Rauf Məmmədov Azərbaycanın komandalar arasında Avropa çempionatının qalibi adını qazanmasından doğan təəssüratlarını azerisport.az saytının müxbiri ilə bölüşüb.
“Biz bir komanda kimi mübarizə apardıq və çempion olduq. Reytinqdə altıncı yeri tutmağımızı nəzərə alsaq, çox az kəs bizim uğurumuza inanırdı. Ancaq biz heç kimə məğlub olmadıq və liderlərlə layiqli mübarizə apardıq. Komandanın kapitanı Xalifman bizə çox kömək etdi. Xüsusilə çətin partiyalarda debüt seçimində. Dörd il qabaq sizin saytınıza müsahibəmdə demişdim ki, o tarix Azərbaycan idmanı tarixinə qırmızı hərflərlə yazılıb. Indi daha bir qələbə həmin hərflərə yazılıb. Bu qələbəni Azərbaycan xalqına və Vüqar Həşimova həsr edirəm”.