"Xalifman çatışmayan cəhətləri bəpra etdi"
18 noyabr 2013 16:00
Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının sabiq kapitanı Zurab Azmayparaşvili azerisport.az saytına açıqlamasında millimizin Varşavada keçirilən Avropa çempionatındakı nəticəsini şərh edib:
"2009-cu ildə Azərbaycan millisi vahid komanda kimi mübarizə apararaq çempion oldu. Aydın məsələdi ki, indi onları heç kim şahmat oynamağa öyrətməyəcək. Sadəcə, şahmatçılar arasında dostluq olmalıdı və hamı bir hədəfə görə yarışmalıdı. 5 şahmatçı birlikdə milli kimi çıxış etməyi bacarmalıdı. Bütün dediklərim 2009-cu ildən sonra Azərbaycan yığmasında çatışmırdı. Sevinirəm ki, Xalifman yenidən həmin mühiti yarada bildi. İkinci Avropa çempionluğu münasibətiylə Azərbaycanı təbrik edirəm".
Qeyd edək ki, 2009-cu ildə Azmayparaşvilinin rəhbərliyi altında Azərbaycan millisi Serbiyanın Novi Sad şəhərində keçirilən qitə birinciliyində ilk dəfə çempionluq sevinci yaşayıb.