Qədir Hüseynov: Vüqar, tezliklə qayıt!
18 noyabr 2013 11:08
Şahmat üzrə Azərbaycan yığmasının üzvü Qədir Hüseynov sosial şəbəkədəki səhifəsində Varşavadakı qələbə haqda yazıb. Azerisport.az saytının məlumatına görə, o, bunları açıqlayıb:
"Nəhayət ki, yazmaq imkanım var. 5 gün kompyutersiz çətin idi. Xoşbəxtəm ki, gərgin mübarizə şəraitində biz Avropa çempionu olmağı bacardıq. Biz birlikdə qalib gəldik. Komandamızın hər bir üzvü kimi, mən də qələbəni Azərbaycan xalqına və dostum Vüqar Həşimova həsr edirəm. Vüqar, sənin məsləhətlərin həm şahmatda, həm də həyatda həmişə kömək olub. Tezliklə qayıt qardaş"!