Şəhriyar Məmmədyarov: Vüqar Həşimov bu çempionluqda da bizimlədi
18 noyabr 2013 00:57
Şahmat üzrə Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarov Polşanın paytaxtı Varşavada komandalararası Avropa çempionatında qazandıqları uğuru Vüqar Həşimova həsr edib. Azerisport.az xəbər verir ki, o, sosial şəbəkələrdən birində hazırda səhhəti ilə əlaqədar yığmamızın sıralarında olmayan komanda yoldaşı ilə bağlı bunları söyləyib:
"О, hər zaman bizimlədi və biz də bu qələbimizdə onun adını və özünü görürük. 1-ci dəfə Avropa 1-cisi olanda o, bizimlə idi. Amma heyf ki, indi o, yanimizda ola bilmir. Bunun bəzi səbəbləri var. Amma qoy bütün şahmatsevərlər bilsin ki, Vüqar hər zaman bizimlədi və onun əvəzi yoxdu. Bu çempiounluqda da o, bizimlədi. Hər şeyə görə çox sağ ol, Vüqar Həşimov"!