Rüstəmov: Azərbaycan şahmatçıları heç kimdən qorxmadığını nümayiş etdirdi
19 noyabr 2013 17:00

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Bankın qarşısında yerləşən heykəli qarşısına əklil qoyub, ona öz ehtiramını bildirib. Azerisport.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etdikdən sonra şahmatçılar Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovla görüşüb.
Yığma üzvlərini qələbə münasibətiylə təbrik edən federasiya rəhbəri, uğuru ölkədə şahmata göstərilən diqqətlə əlaqələndirib: "On gün əvvəl siz yola düşəndə mən sizə demişdim ki, çox böyük potensiala maliksiniz. Sizə inanırdım. Bilirdim ki, gücünüzü göstərə bilərsiniz. Bu gün əminliklə deyə bilərəm ki, Azərbaycan şahmatçıları heç kim qorxmadıqlarını göstərdilər. Siz ikinci dəfə Avropa çempionu olmaqla xalqımıza möhtəşəm qələbə bəxş etdiniz. Ölkədə şahmata böyük diqqət göstərilir. Azərbaycan Prezidenti İlham Əliyev o vaxt yaxşı demişdi ki, bizim üçün hər bir qələbə vacibdir. Amma şahmatçıların qələbəsi ikiqat uğurdu. Çünki, bu, ölkədə intellektin səviyyəsini göstərir. Millimiz gəncdir, bununla belə sözünü deməyi bacarır. Bir neçə il əvvəl Ümummilli Lider Heydər Əliyev indiki yığma üzvlərini qəbul etmişdi. O vaxt siz hələ uşaq idiniz. Onda deyilmişdi ki, bu uşaqlarda böyük potensial var. Siz hər bir yarışa iddialı yollanmalısınız. Cari il şahmatçılarımız üçün uğurlu oldu. Sizin qələbəniz bizi ili uğurlu başa vurmağa kömək edir. Amma qarşıda dünya çempionatı var. Biz sizə orda da inanırıq".
Daha sonra millimizin üzvü Şəhriyar Məmmədyarov danışdı: "Son 6 ildə 4 Avropa çempionatının 4-də medal qazanmışıq. Bu, Avropanın heç bir ölkəsinə nəsib olmayıb. Belə bir turnirdə Avropa çempionu olmağımız bizim yüksək səviyyədə olmağımızı göstərir. Reytinqə görə 6-cı kimi başlasaq da, qələbə qazandıq. Fransa Rusiyaya uduzmasaydı, biz son turda Ermənistanı məğlub etməyə hazır idik. Komandamız bundan sonra də yalnız qələbə haqda düşünəcək. Qarşıda Dünya Kuboku gəlir. 2016-cı ildə Şahmat Olimpiadası Bakı keçiriləcək. Ona qədər, gələn il Norveçdə Olimpiada var. Hər bir yarışda qələbə qazanmağa hazır olmalıyıq”.
Teymur Rəcəbov qısa danışaraq Məmmədyarovun dedikləriylə razı olduğunu söylədi: "Təki bundan sonra qələbələrimiz çox olsun".
Qədir Hüseynov isə Avropa çempionatında heç kimə uduzmadıqlarını yada saldı: "Belə nəticə hər dəfə olmur. 5 görüşdə qələbə qazandıq. 4 tur heç-heçə oynadıq. Son turda bizim Ermənistan üzərində üstünlüyümüz var idi. Rusiyanın Fransa üzərində qələbəsini görürdük. Rusların uğurlu çıxış etdiyin görüb heç-heçəyə oynadıq. Biz son turda yalnız çempionluq barədə düşünürdük".
Şahmatçılar komandaya göstərilən diqqətə görə Azərbaycan Şahmat Federasiyasını təşəkkür etdi. Sonda Elman Rüstəmov gənc nəslin şahmata böyük həvəs göstərdiyini dedi. Qusarda keçirilən çempionatda 530 şahmatçı iştirak edib. Onun sözlərinə görə ehtiyat qüvvə var və gələcəkdə də yığmamız güclü olacaq. Federasiya rəhbəri Avropa çempionatındakı qələbədə hər bir şahmatçının əməyi olduğuny deyib və Antalyada keçiriləcək komandalar arasında dünya çempionatında da idmançılarımıza uğurlar arzulayıb.