Fotoreportaj|Video|На русском

Şahmat

Vüqarlı çempionluq və ya “qızıl oğlanlar”ın tarixi

20 noyabr 2013 01:45
İlk olaraq oxuculardan uzun müddət yazmadığıma görə məni bağışlamalarını istərdim. Yenidən sizin görüşünüzə gəlməyimə səbəb “qızıl oğlanlar”ın tarixi nəticəsi oldu.
 
Dediklərim Varşavada keçirilən Avropa çempionatında ikinci dəfə çempionluq sevinci yaşayan kişi şahmatçılarımızdan ibarət Azərbaycan millisinə aiddi. Beş ildən artıq mötəbər yarışlarda komandamızın yanında olan jurnalist kimi, bu uğurun əhəmiyyətini və məsuliyyətini yaxşı başa düşürəm. İki həftə əvvəl Varşavaya bilet almağa hazırlaşanda qitə çempionatının bizim üçün belə uğurlu olacağını ağlıma gətirmirdim. Ona görə səfərim təxirə salınanda heç təəssüflənmədim. Şəhriyar Məmmədyarovun bəndənizlə söhbətində “bu dəfə şansımız azdı. Medal qazansaq, bu, artıq böyük nəticə olacaq” kimi pessimist fikri, üstəlik müəyyən problemlər Polşaya yollanmağıma əngəl oldu.
 
Düzü, reytinqə görə altıncı olan komandanın startda İsveçlə sülh bağlaması Məmmədyarovun proqnozlarının doğrulacağına inamımı artırmışdı. Yaxşı ki, qrossmeysterlərimiz sonradan sükanı ələ alaraq sona qədər inamlı yol getdi. Şahmatçılarımızın Avropa çempionluğu bəziləri üçün qitə birinciliyində qazanılan adi qızıl medal ola bilər. Lakin, bu, belə deyil. Döyüş növlərində bir neçə il məşq edərək lazımi fiziki hazırlıq əldə etməklə uğur qazanmaq olar. 5-6 ilə yeniyetmələr arasından səviyyəli güləşçi və ya cüdoçu da yetişdirmək mümkündü. Şahmatda isə vəziyyət fərqlənir. Güclü şahmatçı olmaq üçün fikrimcə, bir qədər fitri istedadın olması da şərtdi. Dərin zəka sahibi olmaqla yanaşı 4-5 saat taxta lövhə arxasında oturmağa həm fiziki hazırlığın olmalıdı, həm da “başın işləməlidi”. Ona görə legioneri olmayan, hamısı öz şahmatçılarımızdan ibarət millimizin Varşavadakı uğuru xüsusi əhəmiyyətlidi. 
 
Komanda növlərində uğur qazanmaq üçün həm də birlik lazımdı. Polşadakı uğur həm də şahmatçılarımızın vahid komanda olduğunu göstərdi. Qələbədən sonra gecə Rauf Məmmədovla telefon danışığında “qələbəni kimə həsr edirsiz” ənənəvi və şablon sualıma mənə həyat verən cavabı eşitdim. Rauf bütün komandayla birlikdə çempionluğu Azərbaycan xalqına və dostu Vüqar Həşimova həsr etdiklərini dedi. Sonradan Şəhriyar, Teymur, Eltac və Qədir sosial şəbəkələrdə Həşimova dəstək olduqlarını yazdılar. Bilməyənlərin nəzərinə çatdırım ki, Həşimov hazırda ağır xəstədi. Bu mənada Varşavada sevinc içində olan şahmatçıların qələbəni Bakıda Tanrıdan şəfa gözləyən Vüqara həsr etmələri məni daha da qürürlandırdı.
 
2009-cu il Serbiyanın Novi Sad şəhərində tarix yazan Azərbaycan millisinin şahmatçılarından biri Vüqar idi. O, zaman son turda bizə qələbə lazım idi. Həmin qələbə xalını da 5 saatdan artıq mübarizə aparan Vüqar qazandı. Sonradan təkbətək söhbətdə şahmatçımıza “Vüqar, Avropa çempionu oldunuz, sonrası nə olacaq” sualını ünvanladım. Həşimov dedi ki, "biz uğur qazanmağa qadir komandayıq". Novi Sad şəhərində ilk çempionluq zamanı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Rauf Məmmədov və Qədir Hüseynovun sevincini görməyə dəyərdi. Mən də uşaq kimi sevinirdim. Axı bu, bizim müstəqil ölkəmizin şahmatda ən böyük uğuru idi. Serbiyadakı qələbədən sonra Azərbaycan millisinə aid reportajda onları “qızıl oğlanlar” adlandırmışdım. Elə həmin vaxtdan çoxlarının futbolda Zaur Tağızadəyə aid bənzətməsini şahmatçılarımıza aid etdim. 
 
İnanın, kişi şahmatçılarımız sözün əsl mənasında böyük potensiala malikdi. Gənc komandamız hər bir yarışın favoriti sayılır. Sadəcə, hər turnirdə əsl komanda kimi mübarizə aparmaq lazımdı. Varşavadakı çempionluqda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədovun böyük əməyi var. Buna görə hər birinizə təşəkkür edirəm. Şəhriyarla Teymur istənilən komandanın liderinə çevrilə bilər. Dünyanın güclü qrossmeysterləri sırasına aid bu duetdən daha böyük uğur gözləmək haqqımızdı. Qədir və Rauf millimizin dayağıdı. Son lövhələrdə hər zaman onlara ümid etmək olar. Eltac artıq balaca uşaq deyil. O, komandada yerini tutub və lazımi anda köməyə gəlməyə qadirdi. 
 
Əlbəttə, yeni kapitanımız Aleksandr Xalifmana da "çox sağ ol" deməliyik. Şahmatçılara debüt seçimində kömək edən kapitan komandada birlik yaratmağa nail oldu. Bu çempionluq 2009-cu ildə olduğu kimi Vüqarlı çempionluq oldu. Bu tarixi nəticə zamanı Vüqar Həşimov unudulmadı. Hətta, mənə elə gəlir ki, Vüqar qiyabi olaraq komandamızla birgə yarışdı. İkinci çempionluq artıq dünya çempionatlarında, olimpiada da qızıl medal uğrunda yarışmağın vaxtı çatdığını göstərdi. Əsas hədəf isə, təbii ki, şahmat tacının Bakıya qaytarılmasıdı. “Qızıl oğlanlar”dan biri bunu mütləq bacarmalıdı.
 
2009-cu ildə olduğu kimi bu dəfə də Varşavadakı qələbənizə ürəkdən sevindim və sizinlə qürur duydum. Kaş ki, Şəhriyara inanmazdım və mükafatlandırma zamanı himnimiz səslənəndə yanınızda olardım.
 
SƏNAN ŞƏFİZADƏ

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah