DÇ-yə liderlərsiz yollanırıq
21 noyabr 2013 12:17
Noyabrın 26-da Türkiyənin Antalya şəhərində komandalararası dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, bu mübarizədə millimizin 2 reytinqli şahmatçısı - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak etməyəcək.
Görünür, hər 2 qrossmeyster mövsüm ərzində bir çox yarışda iştirak etdiyindən, kapitan Aleksandr Xalifman onları artıq yükləmək istəmir.
3-4 gün öncə Polşanın paytaxtı Varşavada Avropa çempionu adını qazanmış qalib komandanın heyətinə Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Məmmədov və Vasif Durarbəyli daxil edilib.