“SOCAR-Azerbaijan”ı Avropa yüksək liqası gözləyir
21 noyabr 2013 00:05
Varşavada Avropa Şahmat İttifaqının Baş Assambleyası keçirilib. Azerisport.az xəbər verir ki, çox güman, ECU-nun gələn il İsveçin Tromsö şəhərində təşkil olunacaq növbəti toplantısında Avropa klublarının kubokunun formatına baxılacaq.
Qitənin şətrənc başbilənləri 8 komandadan ibarət yüksək liqa yaratmaq niyyətindədilər. Digər kollektivlər isə, adıçəkilən yarışda mübarizələrini davam etdirəcəklər.
Bu təşəbbüs ilk olaraq, ECU-nun prezidenti Silvio Danailovdan gəlib və qurumun üzvləri onun təklifini dəstəkləyiblər.
Qeyd edək ki, indiki şəraitdə “SOCAR-Azerbaijan” Avropanın yüksək dəstəsində, “Odlar Yurdu” Avropa klublarının kubokun turnirində mübarizə aparmaq hüququna malikdi.