Avropa çempionu qələbə ilə başladı
27 noyabr 2013 11:55
Antalyada komandalar arasında dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, kişi şahmatçılarımız ilk turda ev sahibləri ilə görüşüblər.
Millimiz Türkiyəyə iki lider qrossmeyster - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovsuz yollandığından, çətinliyi elə 1-ci oyunda, aşağı reytinqli rəqibə qarşı yaşayıb.
Hər halda, sonda təcrübə öz sözünü deyib: Rauf Məmmədovun inamlı qələbəsi son Avropa çempionuna sevinc bəxş edib.
1-ci tur
AZƏRBAYCAN - TÜRKÜYƏ - 2,5:1,5
Rauf Məmmədov - Aleksandr İpatov - 0,5:0,5
Eltac Səfərli - Draqan Solak - 0,5:0,5
Nicat Məmmədov - Mustafa İlmaz - 1:0
Vasif Durarbəyli - Barış Əsen - 0,5:0,5
Digər nəticələr:
Rusiya - Ermənistan - 2:2
Ukrayna - ABŞ - 2,5:1,5
Niderland - Çin - 1,5:2,5
Almaniya - Misir - 2,5:1,5