Son Avropa çempionu Ukrayna ilə bacarmadı
28 noyabr 2013 21:19
Antalyada komandalar arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, kişi şahmatçılarımız 3-cü turda ukraynalı həmkarları ilə qarşılaşıblar.
Gərgin mübarizədə komandamızdan Vasif Durarbəyli rəqibinin müqavimətini qıra bilməyib və son Avropa çempionu yarışda ilk məğlubiyyətini alıb.
AZƏRBAYCAN - UKRAYNA - 1,5:2,5
Rauf Məmmədov - Vasili İvançuk 0,5:0,5
Eltac Səfərli - Anton Korobov 0,5:0,5
Vasif Durarbəyli - Aleksandr Moiseenko 0:1
Qədir Hüseynov - Aleksandr Areşenko 0,5:0,5