İki məşqçi əməkdar məşqçi oldu
29 noyabr 2013 17:00
Xanlar Allahverdiyev və İlham Əliyevə şahmat üzrə “Əməkdar Məşqçi” adı təqdim olunub. Azərisport. az xəbər verir ki, Xanlar Allahverdiyev və İlham Əliyev səmərəli işinə, xidməti vəzifələrini nümunəvi icra etdiklərinə və yüksək peşə ustalığına görə bu fəxri ada layiq görülüb.
Xatırladaq ki, Xanlar Allahverdiyev Həmkarlar İttifaqlarının şahmat-dama klubunun baş məşqçisi, İlham Əliyev isə Sumqayıt yığma komandasının baş məşqçisidir.