TRT Məmmədyarovla Rəcəbovdan danışdı
29 noyabr 2013 17:05
Türkiyənin TRT kanalı Antalyada keçirilən şahmat üzrə komandalar arasında dünya çempionatından süjet hazırlayıb. Azerisport.az xəbər verir ki, materialda Azərbaycan yığmasının üç turda qənaətbəxş mübarizə sərgilədiyi qeyd olunub:
"Hamı bilir ki, hazırkı dönəmdə Azərbaycan yığmasının iki əsas şahmatçısı var - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov. Hər ikisi Antalyaya gəlməyib. Ona görə Azərbaycan yığması üçün medallar uğrunda mübarizə aparmaq çətindir".
Xatırladaq ki, Avropa çempionatındakı qələbədən sonra Azərbaycan Şahmat Federasiyası hər iki şahmatçıya istirahət verib.
Xatırladaq ki, Avropa çempionatındakı qələbədən sonra Azərbaycan Şahmat Federasiyası hər iki şahmatçıya istirahət verib.