Eltac Səfərli: Şahmatımızı layiqincə təmsil etməliyik
2 dekabr 2013 00:22
Millimizin üzvü Eltac Səfərli azərisport.az saytına müsahibəsində Antalyada keçirilən şahmat üzrə komandalar arasında dünya çempionatı haqda danışıb:
"Bu yarışda oynamaq çətin və məsuliyyətlidi. Çətinliklərimiz çox olur. Əksər komandalar əsas heyətlə yarışır. 5 turdan sonra yaxşı oynadığımızı qeyd etməliyəm. Güclü rəqiblərə baxmayaraq, bərabər səviyyəli oyunla yarışırıq. Hansı yeri tutacağımız barədə danışmaq çətindi. Liderlərsiz oynayırıq. Ona görə əsas məqsəd Azərbaycan şahmatını layiqincə təmsil etməkdi. Hələlik bunu bacarırıq. Sona qədər əzmkar oyun nümayiş etdirəcəyik".