Şəhriyar TOP-10-nu tərk etdi
2 dekabr 2013 10:55
FIDE dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, milli komandamızın aparıcı şahmatçılarından olan Şəhriyar Məmmədyarov (2757) ilk “onluğ”u tərk edərək, 11-ci sıraya enib.
Digər qrossmeysterimiz Teymur Rəcəbov (2715) da 1 pillə geriləyib. O, sıralamada 34-cüdür.
Son zamanlar seçmə komandada inamlı çıxışları ilə yadda qalan Rauf Məmmədov (2656) 91-ci yerə yüksəlib.
Ümumi siyahıda liderlər dəyişməz qalıb: 1.Maqnus Karlsen (2872, Norveç); 2. Levon Aronyan (Ermənistan, 2803); 3. Vladimir Kramnik (Rusiya, 2793).