Azər Mirzəyev erməni həmkarını üstələdi
2 dekabr 2013 12:12
Hindistanın Heydərabad şəhərində şahmatçılar arasında beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, təmsilçilərimizdən ən yaxşı göstərici Azər Mirzəyevdədir. O, 9 partiyadan sonra 8-ci yerdə qərarlaşıb.
Hesabat turunda qrossmeysterimiz ermənistanlı Vaxe Baqdasaryanı üstələyərək xalını 6-ya yüksəldib. Eyni nəticə gürcüstanlı Tornike Sanikidze ilə heç-heçə etmiş Bəhruz Rzayev də var.