Azərbaycan millisi DÇ-da 8-ci oldu
5 dekabr 2013 20:40
Bu gün Antalyada komandalar arasında dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, kişi şahmatçılarımız son matçda almaniyalı həmkarları ilə qarşılaşıblar.
Dünən yarışın autsayderi Misir komandası üzərində maksimal qələbə qazanan qitə çempionu (4:0), qərbi avropalıları üstələyəcəyi halda, iki aparıcı qrossmeystersiz (Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov) turniri ən azı 7-ci yerdə bitirə bilərdi.
Təəssüf ki, Azərbaycan yığması bunu bacarmayıb və yarışı 7 xalla 8-ci yerdə bitirib.
9-cu tur
Azərbaycan - Almaniya
Rauf Məmmədov - İqor Xenkin 0,5: 0,5
Eltac Səfərli - Georq Meyer 0,5: 0,5
Nicat Məmmədov - Daniel Fridman 0:1
Vasif Durarbəyli - Arkadi Naydiç 0:1
Digər partiyalar:
Rusiya - Misir 2,5: 1,5
Ermənistan - Ukrayna 1,5: 2,5
ABŞ - Niderland 2:2
Çin - Türkiyə 3:1
Yarış cədvəli: 1. Rusiya - 15; 2-3. Ukrayna, Çin - 14 xal; 4-5. ABŞ, Ermənistan - 10; 6. Niderland - 9; 7. Almaniya - 8; 8. Azərbaycan - 7; 9. Türkiyə - 3; 10. Misir - 0.