Rəcəbov rəqibləri ilə Yeni İlə qədər vidalaşdı
19 dekabr 2013 13:22
Şahmatçımız Teymur Rəcəbov öz Twitter səhifəsində fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, şahmatçı bunları bildirib:
“Evə qayıtmaq münasibəti ilə! “SportAccord” tərəfindən təşkil edilmiş gözəl yarış idi. Çoxlu pərəstişkar və əşyalar var idi ki, bunlar haqda düşünmək lazımdır. Rəqiblərim, Yeni İldə görüşərik”.