Xalifmanla yeni müqavilə imzalanacaq
19 dekabr 2013 18:53
Azərbaycan Şahmat Federasiyası kişi şahmatçılarımızdan ibarət yığmanın kapitanı Aleksandr Xalifmanla yeni müqavilə imzalayacaq. Azerisport.az xəbər verir ki, federasiya rəhbərliyi onun işindən razı qalıb.
Məhz buna görə yığma komandaların növbəti yarışı ərəfəsində onunla yeni razılaşma imzalanacaq.
Qeyd edək ki, Aleksandr Xalifmanın rəhbərliyi altında millimiz Avropa çempionatında qızıl medal qazanıb. Yeni mövsümdə şahmatçılara Bakıda bir neçə təlim-məşq toplanışı təşkil olunacaq.