Azərbaycan Pekində 12-ci oldu
19 dekabr 2013 20:20
Pekində Ümumdünya intellektual oyunları başa çatıb. Azerisport.az xəbər verir ki, beş idman növünün daxil olduğu yarışda Azərbaycan iki şahmatçı ilə təmsil olunub - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov.
Şahmatçılarımız üç növdə qüvvəsini sınayıb. Ancaq bir növdə - gözübağlı şahmatda Şəhriyar Məmmədyarov gümüş medal qazanıb. Bu uğur Azərbaycana 12-ci pillədə qərar tutmağa kömək edib. Komandamız yekunlara əsasən, Ermənistan, Belarus, Macarıstan, Hollandiya və Vyetnamla eyni pilləni bölüşüb. Ümumilikdə yarışda 22 ölkədən olan idmançı medallara sahib çıxıb.
Birinci pilləni Çin (9 qızıl, 7 bürünc, 5 bürünc) yığması tutub. Rusiya ikinci (6 qızıl, 3 bürünc, 5 bürünc), Monako üçüncü (2 qızıl, 1 bürünc) olub .