Şəhriyar Məmmədyarov: Elxan Məmmədovu ilin idmançısı seçərdim
19 dekabr 2013 22:22

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov azerisport.az saytına müsahibəsində ilin yekunlarından danışmaqla yanaşı, Yeni İl arzularını bildirib.
- İlin son yarışı Pekində baş tutdu. Və sən gümüş medal qazandın...
- Pekində Dünya İntellektual Oyunları çərçivəsində keçirilən şahmatın bask növü (idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparırlar) üzrə yarışda gümüş medal qazandım. Sonuncu turda Levon Aronyan üzərində qazandığım 2 qələbə ilə ümumi hesabda 6,5 xalla ikinci yeri tutdum. Yarışda rəqabət çox güclü idi. Güclü idmançılar iştirak edirdi. Qeyri-olimpiya növləri üzrə keçirilən turnir ardıcıl üçüncü mövsüm təşkil olunur. Hər il yarışı medalla başa vurmuşam, hərçənd qızıl medal əldə etməmişəm. Şahmatın digər növündə blits mübarizəsinə yaxşı başladım, amma sonra xallar itirdim. 16 şahmatçı arasında 11-13-cü yerləri tutdum. Rapid turnirində isə pis başladım, sonda ardıcıl xallar qazansam da, mükafatçılar sırasına düşə bilmədim. İlin son yarışında gümüş qazandım. İstərdim Sergey Karyakinin oyununu qeyd edim. O, çox gözəl mübarizə apardı, amma medalsız qaldı. Bu rəqabətin göstəricisidir.
- 2013-cü il başa çatır. Cari ili sizin üçün necə qiymətləndirmək olar?
- Karyeramda nəticə baxımından ən uğurlu il oldu. Müqayisə üçün yalnız 2007-ci ili misal çəkmək olar. Həmin il 50-60 reytinq xalı qazanaraq dünya sıralamasında 4-cü yerə çıxdım. O nəticə çox yadda qalan oldu. Amma turnirlərdə medal baxımından 2013-cü il önəmli rol oynayır. İlin əvvəlində klubların Rusiya çempionatında gümüş medal qazandım. Ardınca Xantı-Mansiyskdə rapid üzrə dünya çempionatında qızıl medala layiq görüldüm. Bu Azərbaycan şahmat tarixi üçün vacib çempionluq idi. Cenevrədə keçirilən Masters turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Həmin turnirdə Kramnik üzərində qələbə qazandım. Sonra Çində baş tutan Qran-Pridə qalib oldum. Bu mənim dünya çempionluğuna iddiaçıların turnirinı vəsiqə qazanmağımda həlledici rol oynadı. SOCAR-Azərbaycanla klubların Avropa Kubokunda bürünc medal əldə etdim. Çıxış etdiyim 4-cü lövhədə qızıl medal qazandım. Komandaların Avropa çempiontında ikinci dəfə çempion olduq.
- Bu mənada yəqin ki, Azərbaycan şahmat yığması ilin komandası olacaq...
- Bəzi təşkilatlar tərəfindən aparılan sorğuda Azərbaycan şahmat yığması ilin komandası oldu. 4 il əvvəl Gənclər və İdman nazirliyi bizi ilin intellektual komandası kimi təltif etdi. Bu nominasiya bir qədər müəmmalı idi. İntellektual deyəndə sanki idman yada düşmür. Şahmat axı həm də idmandır. Ümid edirəm ki, bu dəfə ilin ən yaxşı komandası Azərbaycan şahmat millisi olacaq.
- İlin idmançısı nominasiyasında da namizədlər sırasında varsan...
- Bu başa düşüləndir. İnanmıram ki, məndən başqa daha kimsə 2013-cü ildə həm Avropa çempionu olsun, həm dünya. Üstəlik Qran-Pridə də qızıl medal qazansın. Əlbəttə şahmata bir qədər qeyri-olimpiya növü kimi baxırlar. Bu mənada seçimlər zamanı daha çox olimpiya növləri üstün tutulur.
- Sən səsini kimə verərdin?
- Bütün idman növlərindəki uğurlardan xəbərim var. Boksçular dünya çempionatında 2 qızıl medal qazandı. İslam Oyunlarında medallarımız çox oldu. Universiadada layiqli çıxış etdik. Amma hər zaman ilk dəfə qələbə olanda daha yadda qalan olur. Mən Elxan Məmmədovu ilin idmançısı seçərdim. Çünki, cüdoda dünya çempionatında heç kim qızıl medal qazanmamışdı.
- Şahmat tacı Maqnus Karlsenə təqdim olundu. Mütəxəssislər fikirləşir ki, uzun müddət onu heç kim məğlub edə bilməyəcək...
- Karlsen çox güclü şahmatçıdır. Yüksək səviyyəli hazırlıq keçir və əla oynayır. Amma məğlubedilməz şahmatçı olmur. Onu saxlayan şahmatçı tapılacaq. Bir müddət lider ola bilər, amma hər kəsi saxlayan tapılır.
- iddiaçıların turnirinə hazırlıq planı hazırdır?
- Plan hazırdır. Yanvardan etibarən xüsusi proqramla hazırlaşacağam. Komandamda bəzi dəyişikliklər ola bilər. İddiaçıların turnirinə qədər heç bir yarışda iştirak etməyəcəyəm. Elə edəcəyik ki, Kazandakı turnirdə buraxdığım səhvlər təkrarlanmasın. Əsas məqsəd, layiqli çıxış edib 1-ci pillə uğrunda yarışmaqdır. Rəqabət güclü olacaq. Amma iddiaçılar turniri uğrunda yarışanda hara gedəcəyimizi bilirik.