Anand Məmmədyarova qarşı oynayacaqmı?
26 dekabr 2013 13:33
Şahmat üzrə sabiq dünya çempionu Vişvanatan Anand şahmat tacına iddiaçılar yarışında iştirakını istisna etməyib. Azerisport.az xəbər verir ki, bu yaxınlarda worldchesschampionship2013.com saytı Anandın Hindistandakı mətbuat konfransından fikirlərini ictimaiyyətə çatdırıb:
“Çox güman ki, mən iddiaçıların yarışında iştirak etməyəcəyəm”.
Ancaq firstsport.com portalı isə əks mənalı məlumatı yayıb: “Çox güman ki, mən oynayacağam”.