Durarbəyli üçüncü pilləyə yüksəldi
26 dekabr 2013 22:33
Azərbaycanlı şahmatçı Vasif Durarbəyli Əl-Əyndə keçirilən beynəlxalq yarışda yeddinci turdan sonra üçüncü pilləyə yüksəlib. Azerisport.az xəbər verir ki, şahmatçımız qara fiqurlarla ukraynalı Yevgeni Miroşniçenkonu məğlub edərək, xal hesabını 5,5 xala çatdırıb.
Digər şahmatçımız Azər Mirzəyev Durarbəylidən bir xal geri qalır. Liderliyə isə 6 xalla gürcü şahmatçı Baadur Cobava yiyələnib.