Qadın şahmatçımız dünya çempionatının vahid lideri oldu
26 dekabr 2013 22:44
Azərbaycanlı şahmatçı Xanım Balacayeva Əl-Əyndə uşaq və yeniyetmələr arasında keçirilən dünya çempionatında vahid liderliyə yüksəlib. Azerisport.az xəbər verir ki, 12 yaşa qədər uşaqlar arasında təmsilçimiz doqquzuncu turda hindistanlı R. Vaişali üzərində qələbə qazanaraq, xal ehtiyatını 8-ə çatdırıb.
U-12-dən Nərmin Məmmədova da çıxışı ilə diqqət çəkir. Məmmədovanın hesabında yeddi xal var və dördüncü pillədə qərarlaşıb. U-8-dən Ayan Allahverdiyeva isə altıncı pillədə qərar tutsa da, liderdən yarım bal geridədir.