Şahmatçılarımızın DÇ-də medal şansı qalır
27 dekabr 2013 23:23
Azərbaycanlı şahmatçılar uşaq və yeniyetmələr arasında keçirilən DÇ-nin sonuncudan əvvəlki turunda mükafat qazanmaq şanslarını saxlayıb. Azerisport.az xəbər verir ki, Səbinə İbrahimova (U-18), Nicat Abbasov (U-18) və Aydın Süleymanlı (U-8) dördüncü pillədə qərarlaşıb.
U-12-dən Xanım Balacayeva isə liderliyi əldən verib. Xanım bolqarıstanlı Qabriele Antovaya məğlub olub və birinci pillədən yarım xal geridədir.