Vüqar Həşimov vəfat etdi
11 yanvar 2014 12:55

Azərbaycan idmanına ağır itki üz verib. Azerisport.az xəbər verir ki, bu gün səhər Almaniyada 28 yaşlı qrossmeysterimiz Vüqar Həşimov vəfat edib.
AÇ-2009-un qalibi, FIDE reytinqində ən yüksək nəticəsi 11-ci yer olan şahmatçımız uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Azerisport.az redaksiyası Həşimovlar ailəsinə dərin hüznlə başsağlığı verir.