Bütün şahmat yarışları bir dəqiqəlik sükutla başlayacaq
11 yanvar 2014 13:55
Azərbaycan gənclər və idman nazirliyi sərəncam dərc edib. Azerisport.az xəbər verir ki, sərəncama əsasən yanvar ayında keçiriləcək bütün şahmat yarışları bir dəqiqəlik sükutla başlayacaq.
Sərancam, uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişmiş gənc qrossmeysterimiz Vüqar Həşimovun xatirəsini yad etmək məqsədi daşıyır.