Teymur Rəcəbov: Həşimovun ölümü dəhşətli xəbərdir
11 yanvar 2014 14:44
Şahmatçımız Teymur Rəcəbov qrossmeysterimiz Vüqar Həşimovun ölüm xəbərini “dəhşətli” adlandırıb. Azerisport.az xəbər verir ki, Rəcəbov öz “Twitter” səhifəsində bunları yazıb:
“Çox, çox kədərli xəbərdir. Dəhşətlidir. Bilirdik ki, o, ağır xəstədir. Ancaq ümid edirdik ki, bu mübarizədən qalib çıxacaq. Bütün şahmat dünyasının keçirdiyi acı hissləri ifadə etməyə söz yoxdur”.