Hikaru Nakamura: Həşimovun partiyaları heç zaman unudulmayacaq
11 yanvar 2014 14:50
Amerikalı şahmatçı Hikaru Nakamura azərbaycanlı qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatı ilə bağlı başsağlığı verib. Azerisport.az xəbər verir ki, Nakamura öz “Twitter” səhifəsində bunları yazıb:
“Rahat yat, Vüqar Həşimov! Çox istedadlı, yaradıcı oyunçu idi. Onun partiyaları, xüsusən, Benonidə oynadığı partiyalar heç zaman unudulmayacaq”.