Harri Kasparov: Vüqar Həşimovun ailəsinə başsağlığı verirəm
12 yanvar 2014 18:44
Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov qrossmeysterimiz Vüqar Həşimovun vaxtsız vəfatından kədərləndiyini bildirib. Azersiport.az xəbər verir ki, Kasparov öz “Twitter” səhifəsində başsağlığı yazıb:
“Uzun sürən ağır xəstəlikdən sonra 27 yaxşında dünyasını dəyişmiş bakılı qrossmeyster Vüqar Həşimovun dostlarına və ailəsinə başsağlığı verirəm. Yox, heç zaman onunla görüşməmişəm. Həşimov xüsusən, səhhəti ilə bağlı üzləşdiyi problemlərə rəğmən, ən güclülərin onluğuna daxil olmuşdu. Çox kədərlidir”.