Vüqar Həşimovun cənazəsi sabah səhər Bakıya gətiriləcək
13 yanvar 2014 16:44
Vüqar Həşimovun cənazəsi çərşənbə axşamı səhər Bakıya gətiriləcək. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə səhər 05:30-da xüsusi təyyarə şahmatçımızın cənazəsi olan tabutu Bakıya çatdıracaq.
Elə sabah da qrossmeysterimizlə vida mərasimi keçiriləcək və dəfn olacaq.