Aleksandr Xalifman: Hər bir qələbəmiz Həşimova həsr ediləcək
14 yanvar 2014 14:00
Şahmat üzrə Azərbaycan yığmasının kapitanı Aleksandr Xalifman azerisport.az saytına müsahibəsində Vüqar Həşimovun vəfatından doğan hisslərini ifadə etməyə çətinlik çəkdiyini etiraf edib:
“Çox məyusam ki, Azərbaycan belə bir şahmatçını itirib. Bundan sonra bizim hər bir qələbəmiz onun adı ilə bağlı olacaq və ona həsr ediləcək. Biz mübarizə aparmalı və qələbə qazanmalıyıq. Bu, dünyanın ən güclü şahmatçılarından birinin xatirəsinə ehtiram əlaməti olar. İndi nə hisslər keçirdiyimi ifadə etməyə çətinlik çəkirəm”.