Şəhriyar Məmmədyarov iddiaçıların yarışına hazırlığı dayandırdı
14 yanvar 2014 14:14
Şahmatçımız Şəhriyar Məmmədyarov azerisport.az saytına müsahibəsində mart ayında Xantı-Mansiyskdə keçiriləcək dünya çempionluğuna namizəd iddiaçılar turnirinə hazırlığını dayandırdığını etiraf edib:
“Vüqar Həşimovun ölümü mənə güclü təsir edib. Mən bəzən 24 saatı bir otaqda keçirdiyim, yaxşı və pis xəbərləri bölüşdüyüm bir insanı itirmişəm. İndi mən iddiaçıların yarışına hazırlığımı müəyyən müddətə dayandırmışam. Vüqarı unuda bilmirəm. Həşimov həmişə cəsarətli adam olub. Heç vaxt səhhətindən şikayətçi deyildi. Üzündən gülüş əskik olmazdı”.