Azad Rəhimov: İdmançılarımız Vüqar Həşimovu həmişə xatırlayacaq
14 yanvar 2014 16:22
Gənclər və idman naziri Azad Rəhimov qrossmeysterimiz Vüqar Həşimovun vəfatını bütün Azərbaycan üçün böyük itki hesab edir. Azerisport.az xəbər verir ki, nazir bunları söyləyib:
“Vüqar Həşimovun ölümü Azərbaycan idmanı, Azərbaycan şahmatı və Azərbaycan ictimaiyyəti üçün böyük itki oldu. O, uzun müddət xaricdə müalicə aldı. Ancaq məlumdur ki, bu mərəz müalicəsizdir. Buna rəğmən, Azərbaycan Prezidentinin göstərişi ilə gənclər və idman nazirliyi, dövlət neft şirkəti onun xüsusi xəstəxanada müalicəsi yönündə bütün məsələləri həll edirdi. Biz artıq Vüqarı itirmişik. Ancaq düşünürəm ki, bizimlə birgə idmançılar da onu həmişə xatırlayacaq”.