Eltac Səfərli: Bizdən həmişə soruşurdular ki, Həşimov nə vaxt qayıdacaq
14 yanvar 2014 17:17
Şahmatçımız Eltac Səfərli azerisport.az saytına müsahibəsində Vüqar Həşimovun vəfatı ilə bağlı öz fikrini bildirib:
“Azərbaycan yığmasını Vüqarsız təsəvvür etmək çətindir. Bizim uşaqlardan (şahmatçılardan - red.) Vüqarın nə vaxt dönəcəyini soruşurdular. Həşimovun özünün də çox planları vardı. O, şahmata qayıtmağı çox istəyirdi. Onun ölümü dünya şahmatı üçün itkidir”.