Vüqar Həşimovun cənazəsi Bakıya gətirildi
14 yanvar 2014 11:00
Uzun sürən ağır xəstəlikdən sonra Almaniyada dünyasını dəyişmiş qrossmeysterimiz Vüqar Həşimovun cənazəsi bu gün səhər xüsusi təyyarə vasitəsi ilə Bakıya gətirilib. Azerisport.az xəbər verir ki, mərhumun doğma və yaxınları, həmçinin, ölkənin idman ictimaiyyətinin nümayəndələri cənazəni qarşılamaq üçün “Heydər Əliyev” adına hava limanına toplaşmışdı.
Bu gün Respublika şahmat mərkəzində Vüqa Həşimovla vida mərasimi keçiriləcək. Şahmatçımız üçüncü Fərxri Xiyabanda dəfn ediləcək.