Rauf Məmmədov: Həşimovun ölümü ilə barışmaq istəmirəm
14 yanvar 2014 21:33
Şahmatçımız Rauf Məmmədov azerisport.az saytına müsahibəsində qrossmeysterimiz Vüqar Həşimovun ölümü ilə bağlı öz kədərini bildirib:
“Vüqar ilə çox yaxın idim. O, əsl komanda oyunçusu idi. Həmişə həmkarlarının işinə diqqət edərdi. Əgər komandanın işləri yaxşı getmirdisə, kollektivi çəkib çıxarmağa çalışırdı. AÇ-2009-da Hollandiyaya qarşı yekun görüşdə də belə olmuşdu. İndiyə qədər onun bizimlə olmadığına inana bilmirəm. Onu itirdiyimizi qəbul etmək istəmirəm”.