Respublika şahmat mərkəzində Vüqar Həşimovla vida mərasimi keçirilir
14 yanvar 2014 12:44
Bu dəqiqələrdə Respublika şahmat mərkəzində uzun sürən ağır xəstəlikdən sonra vaxtsız vəfat etmiş istedadlı qrossmeysterimiz Vüqar Həşimovla vida mərasimi keçirilir. Azerisport.az xəbər verir ki, mərasim 15:00-a qədər davam edəcək.
Mərasim dəfnlə başa çatacaq. Şahmatçımızın cənazəsi Fəxri Xiyabanda torpağa tapşırılacaq.