Həşimovun xatirəsinə turnir keçiriləcək
15 yanvar 2014 15:55
Gələn ildən mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri keçirilə bilər. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun azerisport.az saytına verdiyi məlumata görə, bu barədə müzakirələr aparılacaq.
Şahmatçının xatirəsini əbədləşdiriləcək turnir nazirliyin təqviminə daxil ediləcək. Turnirdə məşhur şahmatçıların iştirakı gözlənilir.