Şahmatçılarımız Fəcr turnirində iştirak edəcək
29 yanvar 2014 00:11
Yanvarın 30-dan fevralın 5-dək İranın Məşhəd şəhərində şahmat üzrə ənənəvi beynəlxalq açıq turnir keçiriləcək. Azerisport.az saytının məlumatına görə 22-ci dəfə təşkil olunacaq turnirdə 14 ölkəni təmsil edən şahmatçılar iştirak edəcək.
“A” turnirində Azərbaycan idmanının şərəfini Vüqar Rəsulov, Misrəddin İsgəndərov və Nərmin Kazımova qoruyacaq. Doqquz turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçiriləcək.