Vüqar Həşimovun adına şahmat komandası yaradıldı
3 fevral 2014 15:00

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə klub yaradılıb. Azerisport.az xəbər verir ki, Braziliyada 6 klubun iştirakı ilə şahmat üzrə "Paraense" turniri keçirilir.
Komandalardan biri "Həşimov" adlandırılıb. Qeyd edək ki, Vüqar Həşimovun adını daşıyan komandada Paulo Mendes, Rodriqo Çaves, Xose Melo de Amorim çıxış edir. Yarış bir həftə davam edəcək.