Vüqar Həşimovun xatirə turnirinin iştirakçıları məlum oldu
16 fevral 2014 20:22
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş apreldə Şəmkirdə keçiriləcək turnirin bütün iştirakçıları məlum olub. Azerisport.az xəbər verir ki, “Synergy Group”un dəstəyi ilə təşkil olunacaq yarışın “A” turnirində 6 qrossmeyster mübarizə aparacaq.
Aparılan danışıqlardan sonra Maqnus Karlsen (Norveç), Fabiano Karuana (İtaliya), Hikaru Nakamura (ABŞ) və Sergey Karyakin (Rusiya) yarışda iştirak edəcəyini təsdiqləyib. Azərbaycan “A” turnirində Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov təmsil edəcək. Əsas turnirin mükafat fondu 100 min avro olacaq. “B” turnirində 10 şahmatçı yarışacaq. Onlardan 5-i Azərbaycan qrossmeysterləri olacaq. Yarışın açılış mərasimi aprelin 19-da olacaq. Turnir 30 apreldə yekunlaşacaq.
Yarışın açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının, Şəmkir İcra Hakimiyyətinin rəsmiləri ilə yanaşı xaricdən gələn qonaqlar da olacaq.
Yarışın açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının, Şəmkir İcra Hakimiyyətinin rəsmiləri ilə yanaşı xaricdən gələn qonaqlar da olacaq.