Şəhriyar Məmmədyarov: Çalışacağam ki, ötən səhvlərimi təkrarlamayım
21 fevral 2014 18:00

Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov azerisport.az saytına açıqlamasında iddiaçılar turnirinə hazırlıqdan, rəqiblərin səviyyəsindən və şanslarından danışıb:
- Martda Xantı-Mansiyskdə keçiriləcək dünya çempionluğuna iddiaçıların turnirinə hazırlıq hansı mərhələdədir?
- Bu suala tam cavab vermək mümkün olmayacaq. Adətən belə mötəbər yarışlara hazırlıq sirr saxlanılır. Mən də öz komandamla məşqlərdə iştirak edirəm. Gündəlik hazırlıq olur. Fikrimcə iddiaçılar turnirində ən güclü şahmatçılar iştirak edir. Bütün planlarımız qaydasındadır. İddiaçılar turnirində layiqli çıxış etmək üçün maksimum yaxşı oynamağa çalışacağıq.
- Artıq püşk atılıb və ardıcıl hansı şahmatçı ilə görüşəcəyin məlumdur...
- Dairəvi qaydada keçirilən yarışda püşk vacib deyil. İnanın, o barədə heç düşünməmişəm. Gec-tez həmin şahmatçı ilə qarşılaşacaqsan. Ona görə püşk vacib rol oynamır. Əsas, partiyalara hazırlıqdır.
- Turnirdə dörd rus şahmatçı iştirak edir. Ola bilər, onlar birləşərək yalnız bir şahmatçı üçün oynayacaq...
- Hər bir şahmatçı ilk növbədə özünü düşünür. Sonra digərlərini. Turnirdə iştirak edən hər bir qrossmeyster qalib gəlmək istəyir. Bu, mümkün deyil. Digər tərəfdən FIDE təqvimi elə tərtib etdi ki, heç bir söz-söhbət olmayacaq. İlk turlarda rus şahmatçıları üz-üzə gəlir. Son turlarda isə rus şahmatçıları yalnız xarici rəqiblərlə oynayır, bir-birlər ilə görüşmür. Fikrimcə, iddiaçılar turnirində qalib son turda müəyyənləşəcək.
- Keçmiş dünya çempionu Vişvanatan Anandın karyerasının davam edəcəyinə inanmırlar. Karlsenə məğlubiyyətdən sonra onun karyerasının qürub çağını yaşadığı deyilir...
- Anand dünyanın güclü şahmatçılarından biridir. Təkcə Maqnus Karlsenə məğlubiyyətə görə onu siyahıdan silmək olmaz. O, həm təcrübəlidir, həm də b oyunu yaşı oynamağı bacarır. Karlsenə məğlubiyyət faciə deyil. Anand böyük potensiala malikdir. Onunla partiyalar həmişə maraqlı olur.
- Veselin Topalovu rəqib kimi necə qiymətləndirirsən?
- Son illər turnirlərdə az çıxış edir. Amma Topalov güclü şahmatçıdır. Avropa çempionatında 1-ci lövhədə çıxış etdi. Yaxşı oynadı və göstərdi ki, formadadır. Topalov da favoritlərdən sayılır. Bu yarışda hamının şansı var. Sözsüz ki, 3 dünya çempionu il qarşılaşmaq asan deyil.
- Ən güclü rəqibin hansıdır?
- Bütün şahmatçıları özünəməxsus gücü malikdir. Turnirin 3 ən güclüsü Kramnik, Topalov və Ananddır. Topalov dünya çempionu olub və uzun müddətdir iddiaçılara hazırlaşır. Kramnik və Ananda yaxşı nəticə qazanmağa çalışacağıq.
- Digər həmkarlarını necə xarakterizə edərdin?
- Kramnik, Toplalov və Anand bu yolu keçib. Onlar müxtəlif illərdə dünya çempionu olub. Levon Aronyan güclü rəqiblərdən biridir. Aronyan gənc olmasına baxmayaraq dünya çempionluğuna layiqdir. Pyotr Svidler ötən il keçirilən iddiaçılar turnirində də yaxşı çıxış etdi. İlk üçlüyə düşməyə çalışacaq. Sergey Karyakin üçün bu ilk iddiaçılar turniridir. Öz müsahibələrində bu yarışa düşməyi arzuladığını bildirib. Bu şansı qacırmayacaq. Andreykin Dünya Kubokunda finala qədər irəlilədi. Memarial Tal yarışında məğlub olmadı.
- Şəhriyar üçün bu ikinci oxşar turnir olacaq...
- Müəyyən təcrübəmiz var. 2 il əvvəl Kazanda ilk iddiaçılar turnirində iştirak etdim. Çalışacağam, həmin səhvləri təkrarlamayım. Ona görə komandamla hazırlıqda bütün günü Xantı-Mansiyskda keçiriləcək yarışı düşünürük. İmkan daxilində yüksək yerlər uğrunda mübarizə aparacağam. Səkkiz şahmatçının şansları bərabərdir. Bir neçə tur başa çatandan sonra favorit və autsayder görünəcək. Hər zaman Azərbaycanı layiqli təmsil etməyə çalışıram. Bu dəfə də belə olacaq.