Məmmədyarov Svidlerlə sülhə razılaşdı, Anand çempion oldu
29 mart 2014 20:30
Dünya şahmat tacı uğrunda iddiaçıların turniri davam edir. Azerisport.az xəbər verir ki, bu gün Xantı-Mansiyskdə təşkil olunan yarışın 13-cü turunun görüşləri keçirilib.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Petr Svidlerlə qarşılaşıb. Qara fiqurlarla oynayan şahmatçımız 42-ci gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.
Turnir cədvəli: Anand - 8 xal, Məmmədyarov, Andreykin, Kramnik, Karyakin, Aronyan - 6,5, Svidler - 6, Topalov - 5,5.