Şəhriyar Məmmədyarov yenidən ilk 10-luqda
31 mart 2014 15:30
FİDE dünyanın ən güclü şahmatçılarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov yeni siyahıda ilk onluğa qayıdıb.
Əvvəlki reytinq siyahısı ilə müqayisədə, Məmmədyarov üç pillə irəliləyib. Hazırda o, 2760 xalla 10-cu yerdə qərarlaşıb.
Teymur Rəcəbov 2713 xalla 33-cü, Rauf Məmmədov 85-ci (2660), Eltac Səfərli 91-cidi (2656).
Bütövlükdə isə dünya reytinqinə Maqnus Karlsen rəhbərlik edir - 2881. Onu Levon Aronyan (2812) və Vişvanatan Anand (2785) izləyir.